Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən FİDE reytinqində ilk “10-luğ"a qayıdıb. Milli komandamızın üzvü 2747 xalla 10-cu pillədə qərarlaşıb. Yığmamızın digər qrossmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdədir. Şahmatçılarımızdan Qədir Hüseynov 83-cü, Rauf Məmmədov isə 100-cü pillədədir. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi ikinci, çinli Liren Dinq üçüncüdür.
Qadın şahmatçılarımızdan ən yaxşı nəticə Günay Məmmədzadəyə məxususdur. Hesabında 2472 xalı olan Günay reytinq cədvəlində 22-cidir. Ülviyyə Fətəliyeva 42-ci, Gövhər Beydullayeva 61-ci, Xanım Balacayeva 70-ci, Gülnar Məmmədova isə 88-ci pillədə qərarlaşıb. Qadınların reytinqinə çinli Xou Yifan başçılıq edir.